ABŞ-dən yeni hava əməliyyatı, İran Amerika bazalarını PUA-larla vurdu
Far.Az xəbər saytı

ABŞ-dən yeni hava əməliyyatı, İran Amerika bazalarını PUA-larla vurdu


ABŞ ilə İran arasında hərbi gərginlik daha da dərinləşib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində növbəti hərbi əməliyyatlar seriyasının başa çatdığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, ardıcıl səkkizinci gecə həyata keçirilən zərbələr zamanı İranın sahil müşahidə sistemləri, hava hücumundan müdafiə obyektləri, dəniz infrastrukturu, həmçinin raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr vurulub.

CENTCOM bildirib ki, əməliyyatların əsas məqsədi İranın hərbi imkanlarını zəiflətmək, xüsusilə də Hörmüz boğazında beynəlxalq gəmiçiliyə təhdid yaratmaq potensialını məhdudlaşdırmaq olub. Eyni zamanda, ABŞ tərəfi iyulun 17-də İordaniyada amerikalı hərbçilərə edilən hücumlarda iştirak etdiyi iddia olunan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bölmələrinə də zərbələr endirildiyini açıqlayıb.

ABŞ ordusunun məlumatına əsasən, İordaniyada baş vermiş hücum nəticəsində iki amerikalı hərbçi həlak olub, daha bir hərbçinin isə itkin düşdüyü bildirilir.

Buna cavab olaraq İran ordusu ABŞ-nin Küveytdə yerləşən hərbi obyektlərinə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirdiyini bəyan edib. İran tərəfinin açıqlamasında qeyd olunur ki, əməliyyat ABŞ-nin son günlər regionda həyata keçirdiyi hücumlara, eləcə də mülki və infrastruktur obyektlərinə zərbələrinə cavab xarakteri daşıyıb.

İran ordusunun iddiasına görə, PUA hücumları zamanı ABŞ-nin Əl-Udeyd düşərgəsində yerləşən sursat anbarı, həmçinin Küveytdəki "Əli əs-Salim" aviabazasında yerləşən "Patriot" hava hücumundan müdafiə sistemləri və radar qurğuları hədəfə alınıb. Bu iddialarla bağlı ABŞ tərəfindən hələlik rəsmi təsdiq verilməyib.

Oxşar xəbərlər

Tuapsedə PUA hücumundan sonra "qara yağış" canlılara ZƏRƏR VURUB
HONOR Azərbaycanda ikinci rəsmi mağazasını və ilk servis mərkəzini açdı
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
Rusiyanın PUA hücumundan sonra Kiyev
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər