Argentina millisinin məğlubiyyətindən sonra Buenos-Ayresdə iğtişaşlar baş verib
Futbol üzrə dünya çempionatının finalında İspaniyaya uduzan Argentina millisinin azarkeşlərinin Buenos-Ayresdə təşkil etdiyi izdiham gecə saatlarında polis ilə qarşıdurmaya çevrilib.
Far.Az xarici KİV-ə istinadən xəbər verir ki, paytaxtın mərkəzindəki Obelisk meydanına toplaşan minlərlə azarkeşi dağıtmaq üçün polis xüsusi vasitələrdən istifadə edib. Hüquq-mühafizə orqanları yerli vaxtla saat 23:30 radələrində izdihamı prospektdən uzaqlaşdırmağa başlayıb.
Məlumata əsasən, polis rezin güllələr, gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. İlkin məlumatlara görə, qarşıdurma zamanı xəsarət alanlar var.
Şahidlərin sözlərinə görə, polis müdaxiləsi hüquq-mühafizə əməkdaşlarına tərəf şüşə butulkalar atıldıqdan sonra başlayıb.
Qeyd olunur ki, bundan əvvəl Argentina millisinin finalda məğlub olmasına baxmayaraq, minlərlə sakin, o cümlədən uşaqlı ailələr komandaya dəstək vermək üçün Obelisk meydanına toplaşmışdı. Axşam saatlarınadək vəziyyət sakit olsa da, sonradan nəzarətdən çıxıb.
Xatırladaq ki, dünya çempionatının finalında İspaniya Argentinanı əlavə vaxtda vurduğu qolla 1:0 hesabı ilə məğlub edərək çempion olub.
Oxşar xəbərlər
Azərbaycanda vərəqə şüşə istehsal edən ilk zavoddan REPORTAJ
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücü skuterə görə ana ilə uşağını avtobusdan düşürdü - Tədbir görüləcək
-
ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərini aradan qaldıra bilər
-
Avtovağzal Kompleksi yaxınlığında su borusunda qəza - Aidiyyəti qurum hərəkətə keçdi
-
Hüquqşünas alimə cinayət işi açıldı
-
FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirib
-
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub













