Naxçıvanın rəqəmsal inkişaf prioritetləri müzakirə olunub
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Naxçıvan Muxtar Respublikasında rəqəmsal inkişaf prioritetləri müzakirə olunub.
"Far.Az"un yerli bürosu xəbər verir ki, müzakirələr bölgənin eyni qurumunun nümayəndə heyəti ilə işgüzar görüşdə aparılıb.
Görüşdə rəqəmsal inkişaf sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, prioritet layihələrin icra vəziyyəti və qarşıdakı dövr üçün birgə fəaliyyət istiqamətləri nəzərdən keçirilib. Rəqəmsal İnkişaf Şurasının qərarlarının və 2026–2028-ci illər üzrə Fəaliyyət Planının icrası, prioritet layihələrin koordinasiyası, vahid monitorinq və Yol Xəritəsi mexanizmlərinin tətbiqi, həmçinin layihələrin idarə olunması üzrə birgə işçi qruplarının fəaliyyəti nəzərdən keçirilib, telekommunikasiya və rəqəmsal infrastrukturun inkişafı əsas müzakirə mövzularından olub.
Naxçıvan Kibertəhlükəsizlik Mərkəzinin (NKM) inkişaf perspektivləri, Bitstream (Open Access) pilot layihəsinin həyata keçirilməsi, məlumat mərkəzi (Data Center) infrastrukturu və bulud xidmətlərinin inkişafı istiqamətində əməkdaşlıq imkanları dəyərləndirilib.
İnsan kapitalının inkişafı çərçivəsində mütəxəssislərin təlim və sertifikatlaşdırılması, ekspert dəstəyinin göstərilməsi, kadr mübadiləsinin təşkili və müvafiq təhsil müəssisələri ilə əməkdaşlığın gücləndirilməsi məsələləri də gündəmdə olub.
Bununla yanaşı, beynəlxalq əməkdaşlıq, innovasiya ekosisteminin inkişafı, forum və startap təşəbbüslərində birgə iştirak, vahid kommunikasiya strategiyasının formalaşdırılması, eləcə də süni intellekt, "Smart City" və "Smart Village" həllərinin pilot tətbiqi istiqamətində əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşün yekununda tərəflər rəqəmsal transformasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, birgə layihələrin sürətləndirilməsi, təcrübə mübadiləsinin davam etdirilməsi və qarşılıqlı koordinasiya mexanizmlərinin gücləndirilməsi barədə razılığa gəliblər.
Həyata keçiriləcək birgə layihələr rəqəmsal dövlət idarəçiliyinin inkişafına, müasir telekommunikasiya infrastrukturunun gücləndirilməsinə, vətəndaşlara göstərilən rəqəmsal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və Naxçıvan Muxtar Respublikasında rəqəmsal transformasiya prosesinin daha da sürətlənməsinə mühüm töhfə verəcək.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də senatorlar süni intellektin Çin gəmisi barədə yanlış hesabatının araşdırılmasını tələb ediblər
-
Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
-
"Barselona" Rafinyanın het-triki sayəsində "Sevilya"nı məğlub edib
-
Astarada baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb
-
Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatdı
-
Bakıda taekvondo üzrə ölkə çempionatı və "Koreya Səfiri Kuboku" keçiriləcək













