ASA-da sığorta agentləri və brokerləri üzrə iki yeni işçi qrupu yaradılıb
Far.Az xəbər saytı

ASA-da sığorta agentləri və brokerləri üzrə iki yeni işçi qrupu yaradılıb


"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin tərkibində sığorta agentləri və brokerləri üzrə iki yeni işçi qrupu yaradılıb.

"Report" ASA-ya istinadən xəbər verir ki, bunu qurumun İcraçı direktoru Abas Miskərli Assosiasiyada sığorta agentləri ilə keçirilən görüşdə bildirib.

Görüşdə sığorta vasitəçiliyi institutunu maraqlandıran məsələlər, sığorta agentlərinin üzləşdiyi problemlər, onların həlli yolları, eləcə də qanunvericilikdə sığorta vasitəçiləri ilə bağlı müddəalara təklif oluna biləcək əlavə və dəyişikliklər müzakirə edilib. A. Miskərli bildirib ki, sığorta vasitəçilərinin fəaliyyətinin daha da aktivləşdirilməsi, mövcud çətinliklərin operativ araşdırılması və aradan qaldırılmasının stimullaşdırılması məqsədilə ASA-nın nəzdində "Sığorta agenti" və "Sığorta brokeri" adlı iki işçi qrupu yaradılıb.

Hazırda ASA-nın tərkibində şirkət rəhbərlərinin təmsil olunduğu "Həyat sığortaçılığı" və "Qeyri-həyat sığortaçılığı" komitələri, həmçinin müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən 20-yə yaxın işçi və ekspert qrupu mövcuddur.

Oxşar xəbərlər

Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər