Qazax şəhərində avarçəkmə tədbiri keçiriləcək
Far.Az xəbər saytı

Qazax şəhərində avarçəkmə tədbiri keçiriləcək


İyulun 24-də Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə 2026-cı i üçün ölkədə idman paytaxtı seçilən Qazax şəhərində avarçəkmə tədbiri keçiriləcək.

"Report" federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Heydər Əliyev Parkının ərazisində yerləşən su hövzəsində idmançılar akademik avarçəkmə, kayak və kanoe qayıqlarında nümunəvi çıxışlar nümayiş etdirəcəklər.

Bununla yanaşı, həvəskarlar üçün nəzərdə tutulmuş qayıqlarda peşəkar məşqçilərin nəzarəti altında şəhər sakinləri və qonaqlar avarçəkməni sınaqdan keçirmək imkanı əldə edəcəklər.

Tədbirin əsas məqsədi regionlarda su idman növlərinin təbliği, yeniyetmə və gənclərin avarçəkməyə marağının artırılması, eləcə də sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər