"KuPS"un qapıçısı Yohannes Kreydl: "Sabah" güclü komandadır"
Far.Az xəbər saytı

"KuPS"un qapıçısı Yohannes Kreydl: "Sabah" güclü komandadır"


"Sabah" güclü komandadır.

"Report" xəbər verir ki, bunu Finlandiyanın "KuPS" klubunun qapıçısı Yohannes Kreydl "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin oyunundan əvvəl mətbuat konfransında deyib.

Qolkiper sabahkı matçda əlverişli nəticə qazanmaq istədiklərini bildirib:

"Rəqib yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Özümüzü qələbəyə ac hesab edirik. Çempionlar Liqası kimi önəmli turnirdə növbəti mərhələyə adlamaq bizim üçün uğur sayılardı. "Sabah" güclü komandadır. Lakin bu rəqibə qarşı meydanda layiqli mübarizə aparmaq istəyirik".

O, Bakını çox bəyəndiklərini bildirib:

"Ölkənizi çox bəyənirik. Təəssüf ki, çox qalmağa vaxtımız yoxdur. Hotellərdə yaradılan şərait və qonaqpərvərlik müsbət mənada diqqətimizi çəkdi".

Qeyd edək ki, "Sabah" və "KuPS" komandaları arasında ilk matç iyulun 21-də, saat 20:00-da "Bank Respublika Arena"da keçiriləcək.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər