Kibertəhlükəsizlik Mərkəzi indiyə qədər 420-dən artıq mütəxəssis hazırlayıb
İndiyə qədər Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi (AKM) 420-dən artıq müdafiə və hücum istiqamətində mütəxəssis hazırlayıb.
"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Mərkəzin 7-ci məzun günü çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal inkişaf sürətləndikcə, kibertəhlükəsizlik aspekti aktuallaşır, ölkəmizin dövlət siyasətinin bir parçası olur: "Bu xüsusda bu il fevralın 27-də dövlət başçısının imzası ilə ölkəmizdə rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026-2028-ci illəri əhatə edən Fəaliyyət Planı təsdiq edilib. Fəaliyyət Planında da məhz kibertəhlükəsizlik aspekti əsas icra etmə sütunlarından biridir. Plan çərçivəsində məhz ölkəmizdə milli kibertəhlükəsizlik ekosisteminin qurulması, bu istiqamətdə fəaliyyətin gücləndirilməsi və təbii ki, həm də insan kapitalının inkişafı mühüm əhəmiyyət daşıyır".
F.Osmanov deyib ki, AKM artıq dördüncü ildir ki, TECHNION institutu ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir: "Bu günə qədər hazırlanmış mütəxəssislərin 90 %-dən çoxu işlə təmin olunub. Bu gün isə 60 kibertəhlükəsizlik mütəxəssisi məzmun olacaq və onlar əmək bazarına aktiv şəkildə cəlb olunacaq. Bu dəfə proqramın xüsusi əhəmiyyətli hissəsi 60 nəfər içərisində təbii olaraq seçilmiş 5 mütəxəssisin xarici dövlətlərin qabaqcıl rəqəmsallaşma və kibertəhlükəsizlik şirkətlərinin müəssisələrində 1 ay ödənişsiz olaraq "internship" proqramı əldə etməsidir. AKM kibermarifləndirmə istiqamətində də işlər həyata keçirir. Hesabat dövründə 7 000-dən artıq insan kibermarifləndirmə təlimlərinə cəlb olunub".
Oxşar xəbərlər
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib













