Cəbrayıl və Qazax rayonlarında qolf üzrə tanıtım təlimləri keçirilib
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Qolf Federasiyasının (AQF) birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Horovlu kəndində və "İdman Paytaxtı Qazax" layihəsi çərçivəsində Qazax rayonunda yerli sakinlər üçün qolf üzrə təqdimat və tanıtım təlimləri keçirilib.
Bu barədə "Report"a federasiyadan məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin ölkədə idmanın inkişafı, gənclərin sağlam həyat tərzinə cəlb olunması və işğaldan azad edilmiş ərazilərdə idmanın kütləviliyinin təmin edilməsi ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, regionlarda qolf idman növünün təbliği istiqamətində tədbirlər davam etdirilir.
Tədbirlərin əsas məqsədi qolf idman növünün bölgələrdə tanıdılması, uşaq və gənclərin idmana marağının artırılması, sağlam həyat tərzinin təşviqi və müasir idman növlərinin inkişafına töhfə vermək olub.
AQF-nin baş məşqçisi Tural Vəlizadə və köməkçi məşqçi Sahib Məmmədov tərəfindən keçirilən təlimlər zamanı iştirakçılara qolf idman növünün tarixi, əsas qaydaları və ilkin texniki elementləri barədə ətraflı məlumat verilib. Uşaqlar, gənclər və digər sakinlər praktiki məşğələlərdə iştirak edərək qolf avadanlıqlarından istifadə qaydalarını öyrənib, ilk zərbələrini yerinə yetirmək imkanı əldə ediblər.
Həm Horovlu kəndində, həm də Qazax rayonunda keçirilən təlimlər iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və yüksək əhval-ruhiyyə şəraitində baş tutub.
Tədbirlərin sonunda qolf idman növünə marağın artırılması və kütləviliyin təşviq edilməsi məqsədilə AQF-nin baş katibi Arif Novruzov tərəfindən iştirakçılara qolfa aid simvolik xatirə hədiyyələri təqdim edilib.
Aərbaycan Qolf Federasiyası və aidiyyəti qurumlar gələcəkdə də ölkənin müxtəlif regionlarında, o cümlədən işğaldan azad olunmuş ərazilərdə qolf idman növünün tanıdılması və inkişafı istiqamətində bu cür maarifləndirici və praktiki tədbirlərin davam etdirilməsini nəzərdə tutur.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Cəbrayılın Horovlu kəndində Novruz festivalı keçirilib
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mask və Altman "Anthropic"in rəhbərinin süni intellekt inkişafını yavaşlatmaq çağırışını dəstəkləyirlər
-
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb
-
İsmayıllıda ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanın kimliyi məlum olub - YENİLƏNİB
-
Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
-
İsmayıllıda avtomobil aşaraq yanıb, ölən və xəsarət alan var
-
"Real" La Liqanın V turunda "Rayo Valyekano"nu darmadağın edib













