Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq
Şəki Rayon Məhkəməsində sosial müavinət və işə düzəltmək adı ilə vətəndaşları aldadaraq külli miqdarda pul vəsaitini ələ keçirməkdə təqsirləndirilən şəxs barəsində hökm elan edilib.
Far.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, məhkəmə araşdırması zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs müxtəlif dövlət qurumlarında tanışlarının olduğunu bildirərək zərərçəkmişlərə sosial müavinət, əlilliklə bağlı ödənişlər düzəldəcəyini, hətta bəzi hallarda dövlət qurumunda işə təmin etdirəcəyini vəd edib.
Bu yalan vədlərlə onların etibarını qazanan şəxs müxtəlif vaxtlarda zərərçəkmişlərdən pul alaraq şəxsi ehtiyaclarına xərcləyib.
İş materiallarına əsasən, o, Şəki və Oğuz rayonlarının sakinlərini aldadaraq sosial müavinət düzəltmək adı ilə ayrı-ayrı epizodlarda 2 700, 3 500, 3 500, 1 000 və 650 manat, həmçinin bir zərərçəkmişdən oğlunun həm sosial müavinətlə təmin olunacağını, həm də DSMF-nin Şəki filialına işə düzəldiləcəyi vədi ilə hissə-hissə ümumilikdə 35 min manat alıb.
Beləliklə, təqsirləndirilən şəxs müxtəlif zərərçəkmişlərdən ümumilikdə 45 350 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildiyini etiraf edib. O, zərərçəkmişləri aldatmaq üçün saxta "WhatsApp" yazışmaları apardığını, hətta özünə məxsus başqa mobil nömrədən istifadə edərək özünü dövlət qurumunun vəzifəli şəxsi kimi təqdim etdiyini və bununla zərərçəkmişlərin etibarını qazandığını bildirib.
Təqsirləndirilən şəxs əldə etdiyi pulları şəxsi ehtiyaclarına, borclarının ödənilməsinə və övladlığa götürdüyü uşağın xərclərinə sərf etdiyini deyib. O, sonradan zərərçəkmişlərə dəymiş maddi ziyanın tam ödənildiyini, əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş edib.
Məhkəmə istintaqı zamanı zərərçəkmişlər də onlara vurulmuş maddi ziyanın tam ödənildiyini təsdiqləyiblər. Onlardan biri yalnız banka olan 1000 manat borcun və mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki iddia qaldırıb.
Məhkəmə təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə tövsif edərək onu 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.
Həbsdə saxlanıldığı müddət cəzaya hesablandığından, məhkəmənin hökmü ilə onun üzərində qəti olaraq 2 il 1 ay 4 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əmanətlərin Sığortalanması Fondunun rəsmiləri EFDI-ın Buxarestdə keçirilən illik görüşündə iştirak edib
-
Moti Yeger: "Kibertəhlükəsizlik Mərkəzi Azərbaycan və İsrail arasında güclü tərəfdaşlığın sübutudur"
-
Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
-
Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi
-
Pərvin Piriyev: "Hər kəs U-17 dünya çempionatı üçün Azərbaycana gəlmək istəyir"
-
Konfrans Liqası: "Neftçi" və "Dinamo"nun start heyətləri açıqlandı













