ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərini aradan qaldıra bilər
Far.Az xəbər saytı

ABŞ Mərkəzi Asiya ölkələri ilə ticarət məhdudiyyətlərini aradan qaldıra bilər


ABŞ administrasiyası Mərkəzi Asiya ölkələri ilə ticarəti məhdudlaşdıran Cekson-Venik düzəlişinin ləğvini dəstəkləməyə hazırdır. Lakin Vaşinqton bunun müqabilində həmin ölkələrdən Amerika məhsulları üçün bazarlarını açmaq istiqamətində addımlar gözləyir.

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın ticarət danışıqları üzrə nümayəndəsi Ceymison Qrir bildirib.

"Əgər bu, Konqres üçün bu qədər vacib məsələdirsə, hesab edirəm ki, biz buna dəstək verəcəyik", – deyə Qrir ABŞ Konqresinin Senatının Maliyyə Komitəsində keçirilən dinləmələr zamanı qanunvericinin düzəlişin ləğvinə administrasiyanın dəstək verib-verməyəcəyi ilə bağlı sualını cavablandırarkən bildirib.

Qrir əlavə edib ki, ABŞ region ölkələri ilə "qarşılıqlılıq prinsipi əsasında ticarət əlaqələrinin qurulmasına" diqqət yetirir. Onun sözlərinə görə, əgər bu proses həmin ölkələrin Amerika məhsulları üçün öz bazarlarını açması ilə müşayiət olunarsa, Vaşinqton əlavə tədbiri dəstəkləyə bilər.

Cekson-Venik düzəlişi 1974-cü ildə ABŞ-da qəbul edilib. Sənəd ABŞ ilə Sovet İttifaqı arasında ticarət münasibətlərinin normallaşdırılmasını yəhudilərin SSRİ-dən mühacirəti məsələsi ilə əlaqələndirirdi.

SSRİ-nin dağılmasından sonra düzəliş bir sıra postsovet respublikalarına münasibətdə qüvvədə qalmaqda davam edib. Rusiya ilə bağlı isə bu məhdudiyyətlər 2012-ci ilədək qüvvədə olub. Daha sonra düzəliş ləğv edilib, lakin ABŞ-da "Maqnitski aktı" adlanan qanun qəbul olunub. Bu qanunla ABŞ tərəfinin insan hüquqlarının pozulmasında ittiham etdiyi Rusiya vəzifəli şəxslərinə qarşı sanksiyaların tətbiqi nəzərdə tutulub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər