Qəbələdəki Kilsədağ kompleksində 10-dan artıq bürc yeri aşkarlanıb
Far.Az xəbər saytı

Qəbələdəki Kilsədağ kompleksində 10-dan artıq bürc yeri aşkarlanıb


Qəbələ rayonu ərazisində yerləşən Kilsədağ məbədlər kompleksində 10-dan artıq bürc yeri aşkar edilib.

Bu barədə "Far.Az"a AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, 2025-ci ildə "Kilsədağ məbədlər kompleksi" ətrafında formalaşan Akropolda aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazinin müdafiə divarları ilə yanaşı, strateji yerdə inşa edilən iki bürcün bünövrə yerləri öyrənilmişdir.

2026-cı ildə isə mövcud bürc yerləri və qala divarlarının strukturunun müəyyən edilməsi istiqamətində tədqiqat sahəsinin əhatə dairəsi genişləndirilib. Tədqiqat sahəsində aparılmış kəşfiyyat qazıntıları nəticəsində müəyyən olunub ki, kompleks ərazisini əhatə edən bürc yerlərinin sayı 10-dan artıqdır. Arxeoloji qazıntılar zamanı dairəvi məbəd kompleksinin şərq hissəsini əhatələyən qala divarları və ona paralel olan üç bürc yeri K və L kvadratlarında aşkara çıxarılıb.

Kilsədağda aparılmış çöl tədqiqatları nəticəsində müəyyən edilib ki, qala divarları və bürc yerləri təkcə dairəvi məbəd kompleksi ilə məhdudlaşmayıb. SSRİ dövründə Əmilidağ ərazisində 100 hektarlarla sahəni əhatə edən Qəbələ (RLS) radiolakasiya stansiyasının inşası zamanı abidənin yerləşdiyi sahənin şimal-şərq hissəsini əhatə edib. Amma abidənin yerləşdiyi ərazi ciddi şəkildə dağıdılmış, ərazidə döyüş növbətçiliyi üçün səngər və hava hücumundan müdafiə sistemləri üçün xəndəklər və digər hərbi təyinatlı tikililər inşa edilib.

Qeyd edək ki, builki sözügedən arxeoloji tədqiqat işləri iyunu 1-dən 15-nə qədər tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışovun rəhbərliyi ilə aparılıb. Bu, Kilsədağ məbədlər kompleksi ətrafında 2022-ci ildən etibarən aparılan çöl tədqiqatlarının artıq beşinci mövsümüdür. Bu mövsümdə də arxeoloji tədqiqatlar mövcud tikili qatlarının memarlıq xüsusiyyətinin müəyyən edilməsi istiqamətində davam etdirilib.

Oxşar xəbərlər

İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Zəngilanda inşa olunmuş ilk yaşayış kompleksinin açılışında iştirak edib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər