Rodri "Mançester Siti"dən ayrılmağa hazırlaşır - "Real Madrid"lə razılıq əldə edib
Far.Az xəbər saytı

Rodri "Mançester Siti"dən ayrılmağa hazırlaşır - "Real Madrid"lə razılıq əldə edib


İspaniyalı yarımmüdafiəçi Rodri karyerasını İspaniyada davam etdirməyə yaxındır.

Far.Az xəbər verir ki, transfer insayderi Nikolo Skiranın yaydığı məlumata görə, 30 yaşlı futbolçu "Mançester Siti"nin müqaviləni uzatmaq təklifini qəbul etməyib və "Real Madrid"lə 2030-cu ilin yayına qədər qüvvədə olacaq şəxsi müqavilə üzrə prinsipial razılığa gəlib.

Mənbənin iddiasına əsasən, Madrid təmsilçisi yaxın vaxtlarda "Mançester Siti" ilə rəsmi danışıqlara başlayaraq transferi başa çatdırmağa çalışacaq. İngiltərə klubu Rodrini komandada saxlamaq niyyətində olsa da, yeni müqavilə təklifi futbolçu tərəfindən rədd edilib.

Rodri 2025/2026 mövsümündə İngiltərə Premyer Liqasında 21 oyunda meydana çıxıb və 1 qol vurub. O, həmçinin UEFA Çempionlar Liqasında 5 qarşılaşmada forma geyinib.

Qeyd edək ki, bu məlumat hələlik transfer jurnalisti Nikolo Skiranın iddiasına əsaslanır və nə "Mançester Siti", nə də "Real Madrid" transferlə bağlı rəsmi açıqlama verməyib.

Oxşar xəbərlər

"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər