BAKU.WS-in Instaqram səhifəsinin start verdiyi müsabiqənin qalibləri müəyyənləşdi
Far.Az xəbər saytı

BAKU.WS-in Instaqram səhifəsinin start verdiyi müsabiqənin qalibləri müəyyənləşdi


Sosial platformada böyük izləyici kütləsi olan Far.Az-in Instaqram səhifəsinin start verdiyi müsabiqənin qalibləri müəyyənləşib.

Far.Az xəbər verir ki, "Uşaqlar, sosial media və qadcetlər" mövzusunda keçirilən AI sosial video müsabiqəsinin yekununda 3 qalib məlum olub.

Hər üç qalib göndərikləri videolara görə müvafiq yerlərə sahib olublar. Qaliblər Instaqram izləyicilərinin səsverməsi nəticəsində müəyyənləşib.

Onlara tutduqları yerlərə görə müvafiq pul mükafatları təqdim edilib.

I yerin sahibi Murad Zeynalov olub. O süni intellektlə hazırlanan videosuna görə 1500 AZN mükafat qazanıb.

Far.Az-in Instaqram səhifəsinin start verdiyi müsabiqənin qalibləri müəyyənləşdi

Müsabiqə ilə bağlı Far.Az-ə təəssuratlarını danışan Murad Zeynalov bildirib ki, qalib olmaq onun karyerası üçün çox yaxşı göstəricidir:

"Mən Far.Az-in Instaqram səhifəsini çoxdan izləyirdim. Bu layihəni də elə orada gördüm. Sahəm idi deyə qoşulmaq istədim. Beləliklə, şəffaf formada səsvermə keçirildi. Bir müddət sonra qaliblər müəyyənləşdi. Adımın üç qalib arasında olduğunu gördüm. Nə xoş mənə ki, qalib oldum. Bu mənim üçün çox yaxşı göstəricidir. Digər işlərimlə bağlı bu layihədə birinci yer tutmaq mənim üçün böyük uğur oldu".

Far.Az-in Instaqram səhifəsinin start verdiyi müsabiqənin qalibləri müəyyənləşdi

Far.Az-in Instaqram səhifəsində "Uşaqlar, sosial media və qadcetlər" mövzusunda keçirilən müsabiqənin II yerinin sahibi isə Aygün Paşayeva olub. O müvafiq yer üçün nəzərdə tutulan 1000 AZN pul mükafatı qazanıb.

Far.Az-in Instaqram səhifəsinin start verdiyi müsabiqənin qalibləri müəyyənləşdi

Aygün Paşayeva Far.Az-ə açıqlamasında bildirib ki, müsabiqəyə təsadüfən qatılıb:

"Bu müsabiqəni təsadüfən Far.Az-in Instaqram səhifəsində gördüm. Çox maraqlı gəldi. Bu səbəbdən videoları göndərərək iştirak etdim. Şansımı yoxlamaq istədim. Videolarım seçildiyi üçün sevindim. Qaliblər arasında olmaq mənim üçün çox xoş oldu. Bundan əvvəl də belə yarışlarda iştirak etmişdim. Bu yarış isə mənə əsl təkan oldu. Bundan sonra da əgər belə yarışlar olsa mütləq qatılıb, iştirak edəcəm".

Far.Az-in Instaqram səhifəsinin start verdiyi müsabiqənin qalibləri müəyyənləşdi

Müsabiqədə III yeri isə Şəhla Əkbərova qazanıb. 27 yaşlı iştirakçı süni intellektlə hazırlanan videosuna görə 500 AZN mükafata sahib olub.

Far.Az-in Instaqram səhifəsinin start verdiyi müsabiqənin qalibləri müəyyənləşdi

Müsabiqə ilə bağlı təəssuratlarını Far.Az-ə danışan Şəhla Əkbərova AI üzrə olan belə bir layihədə ilk dəfədir iştirak etdiyini vurğulayıb:

"AI üzrə ilk dəfədir belə yarışda iştirak edirəm. Yarışa qatılanda qaliblər sırasında olacağıma inanırdım. İştirak etmək üçün iki video göndərmişdim. Yarışda iştirak etmək mənim üçün çox maraqlı oldu.

Far.Az-in Instaqram səhifəsinin start verdiyi müsabiqənin qalibləri müəyyənləşdi

Far.Az komandası olaraq "Uşaqlar, sosial media və qadcetlər" mövzusunda keçirilən AI sosial video müsabiqəsində iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk!

Oxşar xəbərlər

"MiniBoss Business School"un Startaplar üzrə Milli Çempionatınınən yaxşı layihələri müəyyənləşdi
Qusarda "Media Kuboku-2026" minifutbol turnirinin qalibi müəyyənləşdi
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər