Füzulidə toydan qayıdarkən xəsarət alan şəxslərin son vəziyyəti açıqlandı
Füzuli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına əsasən, dörd nəfər (üç kişi, bir qadın) noyabrın 13-də saat 23:20-də Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Xəsarət alan şəxslərdən bir nəfərin müalicəsi Cərrahiyyə, üç nəfərin isə Reanimasiya şöbəsində davam etdirilir. Xəsarət alan şəxslərdən ikisinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilib.
*** 13:32
Füzulidə yol qəzasında xəsarət alanların kimliyi məlum olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində "VAZ-2104" sürücüsü, 1965-ci il təvəllüdlü Mustafa Həsənqulu oğlu Mustafayev və onun sərnişini 1998-ci il təvəllüdlü qızı Rəmziyə Mustafa qızı Mustafayeva, həmçinin "Opel" markalı minik avtomobilinin sərnişinləri, 2009-cu il təvəllüdlü Ramazan Elnur oğlu Cəfərov və 2010-cu il təvəllüdlü Rəvan Elnur oğlu Abbaszadə xəsarət alıb.
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
***12:02
Ötən gün axşam saatlarında Füzuli rayonu Böyük Bəhmənli kəndi ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin adları məlum olub.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, qəzada ölən, "Opel" markalı avtomobilin sürücüsü, 1987-ci il təvəllüdlü Seymur İsmayılov, 2009-cü il təvəllüdlü Turan Əsgərov və 2009-cu il təvəllüdlü Əhəd Heydərzadədir.
S.İsmayılov riyaziyyat müəllimi olub. O, Füzuli rayon Mirzə Uluqbəy adına tam orta məktəbin riyaziyyat müəllimi çalışırdı. Həmçinin T.Əsgərov və Ə.Heydərzadədə sözügedən məktəbin 11-ci sinif şagirdləri olublar. Məktəbin digər iki şagirdi isə xəsarət alıb. Onların hamısı Füzuli rayon sakinləridir və toy mərasimindən qayıtdıqları bildirilir.
Qeyd edək ki, qəza nəticəsində ümumilikdə 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
***09:25
Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb, 4-ü xəsarət alıb.
Bu barədə BAKU.WS-ə Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.
Bildirilib ki, hadisə noyabrın 13-ü saat 23 radələrində rayonun Böyük Bəhmənli kəndində qeydə alınıb. Belə ki, Füzuli sakinləri Seymur İsmayılovun idarə etdiyi "Opel" və Mustafa Musayevin idarə etdiyi "VAZ-2104" markalı avtomobillər toqquşub. Nəticədə "Opel"in sürücüsü və iki sərnişini hadisə yerində dünyasını dəyişib. Həmin avtomobilin digər iki sərnişini, həmçinin "VAZ-2104"ün sürücüsü və sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Füzulidə toydan qayıdarkən həlak olan müəllim və şagirdlərinin son fotoları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb













