FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktı qeydə almayıb
Far.Az xəbər saytı

FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktı qeydə almayıb


FIFA 2026-cı il dünya çempionatında danışılmış oyun faktının qeydə alınmadığını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "SBC News" portalı məlumat yayıb.

Bildirilib ki, idman yarışlarının dürüstlüyünə nəzarət edən monitorinq qrupu turnir çərçivəsində keçirilən bütün - 104 qarşılaşmanı və mərc oyunları ilə bağlı mümkün manipulyasiya hallarını təhlil edib. Araşdırmanın nəticəsinə əsasən, dünya çempionatında danışılmış oyun aşkarlanmayıb.

Bununla yanaşı, Avropa Şurasının himayəsi altında fəaliyyət göstərən Kopenhagen Qrupu turnirdə 7 mümkün danışılmış oyun epizodu müəyyən etdiyini açıqlayıb. Təşkilatın məlumatına görə, 15 qarşılaşma xüsusi nəzarətə götürülüb, daha 12 mübahisəli epizod isə idman dürüstlüyü baxımından araşdırılıb.

Sənəddə mümkün pozuntularla bağlı diqqət çəkən bir neçə epizod da qeyd olunub. Bunlardan biri Cənubi Afrika Respublikası millisinin futbolçusu Tema Zvanenin Meksika ilə açılış matçının sonlarında qırmızı vərəqə almasıdır. Digər epizod isə İspaniya və Kabo Verde yığmaları arasında qolsuz bərabərliklə (0:0) başa çatan görüşdə heç-heçə nəticəsinə mərc edilməsi ilə bağlıdır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər