Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
Far.Az xəbər saytı

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq


Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.

"Həm "Mastercard", həm də "Visa" təşkilatları ilə danışırıq ki, ölkə üzrə tarifləri aşağı salsınlar. Düşünürəm ki, bu ilin sonuna qədər müəyyən irəliləyişə nail olunacaq. Çünki son illərdə bu təşkilatlar, xüsusilə "Mastercard" və "Visa" qiymətləri kəskin artırıblar. Bu da bankların məhsul və xidmətlərinin xərclərinə ciddi təsir göstərib. Xərclərin artmasının əsas səbəbi məhz bu iki təşkilatın tarifləri yüksəltməsidir. Banklar da buna görə öz qiymətlərini artırmağa məcbur olublar. Hazırda həmin təşkilatlarla danışıqlar aparırıq ki, tarifləri aşağı salsınlar", - o qeyd edib.

Oxşar xəbərlər

Mastercard və Azərbaycan Mərkəzi Bankı: Rəqəmsallaşmanın yeni dalğası
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
"Mastercard"ın strateji inkişaf üzrə vitse-sədri biznes dairəvi masa təşkil edib
Mastercard və Starbucks Azərbaycanda eksklüziv rəqəmsal loyallıq həlli təqdim edir
Taleh Kazımov: "Azərbaycan-ABŞ iqtisadi əməkdaşlığı strateji mərhələyə yüksəlib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər