Ceyhun Bayramov TDT XİN Şurasının iclasında çıxış edib
Far.Az xəbər saytı

Ceyhun Bayramov TDT XİN Şurasının iclasında çıxış edib


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

"Far.Az" xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşım edilib.

Qeyd olunub ki, nazir əvvəlcə Türkiyəni və xalqını Respublikanın 103-cü ildönümü münasibətilə təbrik edib.

Nazir bildirib ki, əməkdaşlığın inkişaf etdirilməsi, ortaq tarixi və mədəni irsin qorunması, xalqlarımızı birləşdirən əlaqələrin möhkəmləndirilməsi, institusional səmərəliliyin artırılması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi, eləcə də TDT-nin beynəlxalq nüfuzunun gücləndirilməsi 2025-ci ilin oktyabrında Qəbələdə keçirilmiş Zirvə görüşündə bir daha təsdiqlənən Azərbaycanın TDT-yə sədrliyinin prioritetləri olaraq qalır.

Çıxışda qlobal münaqişələr, beynəlxalq hüquqa qarşı çağırışlar və qlobal təhlükəsizlik arxitekturasındakı zəifliklər fonunda qarşılıqlı etimadın, ortaq maraqların və həmrəyliyin əhəmiyyəti vurğulanıb, eləcə də Bakıda Təhlükəsizlik şuraları katiblərinin görüşü də daxil olmaqla, siyasi dialoqun və təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsinin vacibliyi qeyd olunub.

Ceyhun Bayramov birgə müdafiə sənayesi istehsalı və texnoloji əməkdaşlıq üzrə 2027-ci il üçün Yol Xəritəsinin qəbul edilməsi məsələsi diqqətə çatdıraraq ticarət, investisiyalar, nəqliyyat bağlantıları, enerji, maliyyə, rəqəmsal inkişaf, innovasiyalar və yeni texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Həmçinin Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsi, Şuşada dini məsələlərə məsul dövlət qurumlarının rəhbərlərinin ilk görüşü və Bakıda Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının 7-ci iclası da daxil olmaqla, humanitar və mədəni təşəbbüslərin əhəmiyyəti qeyd olunub.

MƏLUMAT YENİLƏNİR

Oxşar xəbərlər

İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər