ÜST xəbərdarlıq edir: Avropa xəstəxanaları kəskin istilərə hazır olmalıdır
Avropa ölkələri səhiyyə sistemlərini ekstremal isti dövrünə pandemiyalar qədər ciddi hazırlamalıdır.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə TASS-a Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Klüge bildirib.
O qeyd edib ki, xəstəxanaların bu vəziyyətə hazırlığı pandemiyaya olan hazırlıqla müqayisə ediləcək dərəcədə əhəmiyyətli olmalıdır:
"XXI əsrin yay mövsümündə Avropada həddən artıq isinmiş xəstəxana palatalarının, ifrat dərəcədə yorulmuş tibb işçilərinin, eləcə də işləməyən soyutma və informasiya texnologiyaları sistemlərinin olması yolverilməzdir.
Cari yay mövsümündən çıxarılan dərslər aydın və təcrübi əhəmiyyətə malikdir. Qabaqcadan xəbərdarlıq mexanizmləri yalnız o zaman insan həyatını qurtara bilər ki, onlar sadəcə tövsiyələrlə yekunlaşmasın, ardınca ictimai səhiyyə sektorunda təcili və qətiyyətli addımlar avtomatik olaraq atılsın", - deyə Hans Klüge vurğulayıb.
ÜST rəsmisi bu cür addımlara risk qrupuna daxil olan həssas vətəndaşların səhhətinin nəzarətdə saxlanılmasını, ictimai məkanların sərinləşdirilməsini və açıq havada işləyən şəxslərin iş rejiminin tənzimlənməsini aid edib.
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













