Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral
Far.Az xəbər saytı

Dörd ay davam edəcək - Noyabr, dekabr, yanvar və fevral


2026-cı ilin noyabrından başlayaraq 2027-ci ilin fevralınadək səmada ardıcıl dörd super Ay hadisəsi müşahidə olunacaq. Bu müddətdə Ayın Yerə yaxınlaşması onun adi vaxtdan daha böyük və parlaq görünməsinə səbəb olacaq.

Far.Az xəbər verir ki, astronomiya təqviminə əsasən, ilk super Ay noyabrın 24-də müşahidə ediləcək. Sonrakı hadisələr isə dekabrın 23-24-də, 2027-ci il yanvarın 22-də və fevralın 20-də baş verəcək.

Bu silsilənin ən diqqətçəkən hadisələrindən biri dekabrda gözlənilir. Həmin gecə Ay Yerdən təxminən 356 min 740 kilometr məsafədə olacaq.

NASA-nın məlumatına görə, Ay Yerə ən yaxın və ən uzaq mövqelərində olduqda onun görünən ölçüsü 14 faizə qədər fərqlənə, parlaqlığı isə 30 faizə qədər arta bilər.

Super Ayı müşahidə etmək üçün xüsusi teleskopa ehtiyac yoxdur. Havanın açıq olduğu ərazilərdə onu adi gözlə izləmək mümkün olacaq. Şəhər işıqlarından uzaq məkanlar və açıq üfüq müşahidə üçün daha əlverişlidir.

Ayın Yerə yaxınlaşması dənizlərdə qabarma və çəkilmələrə də təsir göstərə bilər. Bununla belə, gelgitlərin səviyyəsinə külək, atmosfer təzyiqi və sahil relyefi də təsir edir.

Oxşar xəbərlər

Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
İlham Əliyev Naxçıvanda "Şəms 1" və "Qərbi Üfüq" Günəş Elektrik stansiyalarında görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Cəbrayılın Şahvəlli kəndində "Şəms" və "Üfüq" Günəş Elektrik stansiyalarının təməlini qoyub
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər