Yəməndə hökumətyönlü qüvvələr Bəbül-Məndəb boğazı ətrafından geri çəkilir
Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətini dəstəkləyən silahlı birləşmələr Bəbül-Məndəb boğazı ətrafındakı bölmələrini geri çəkərək Ədən istiqamətinə köçürür.
"Far.Az" "The National" nəşrinə istinadən xəbər verir ki, bu barədə Cənub Silahlı Qüvvələrinin bəyanatında bildirilib.
Qeyd olunub ki, bölmələr Təiz əyalətinin qərbində yerləşən Dübab hava limanı və boğaza bitişik ərazilərdən çıxarılır. Qərarın Ədənin və qonşu əyalətlərin müdafiəsini gücləndirmək, cəbhə xəttini möhkəmləndirmək və mövcud təhdidlərə qarşı mübarizə aparmaq məqsədi daşıdığı vurğulanıb.
Hökumətyönlü qüvvələr yenidən qruplaşmanın ölkənin üçüncü böyük şəhəri olan Təizin blokadasını yarmaq üçün əməliyyatları intensivləşdirməyə imkan verəcəyini gözləyir. Yerdəyişmə Yəmən hökumətini dəstəkləyən ərəb koalisiyasının köməyi ilə həyata keçirilir.
Payızda husilər Qırmızı dəniz sahillərinin bir hissəsini və Bəbül-Məndəb boğazı ətrafındakı əraziləri nəzarətə götürərək hücuma keçiblər. Bu, Yəmən hakimiyyəti və Səudiyyə Ərəbistanı ilə qarşıdurmanı daha da kəskinləşdirib.
Oktyabrın 4-də hökumət qüvvələri itirilmiş əraziləri geri qaytarmaq məqsədilə əks-hücuma başlayıb.
Oxşar xəbərlər
Husilərin uğuru – qiyamçılar yenidən regionun təhdid mənbəyi kimi - ŞƏRH
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













