Azərbaycan NATO-nun mənzil-qərargahında keçirilən xeyriyyə tədbirində təmsil olunub
Far.Az xəbər saytı

Azərbaycan NATO-nun mənzil-qərargahında keçirilən xeyriyyə tədbirində təmsil olunub


Azərbaycanın NATO yanında Nümayəndəliyi və NATO yanında Hərbi Nümayəndəliyi Alyansın mənzil-qərargahında keçirilən "NATO Charity Bazaar" xeyriyyə tədbirində fəal iştirak edib.

"Report" xəbər verir ki, bu barədə nümayəndəliyin "X" sosial şəbəkə hesabında paylaşılıb.

Qeyd olunub ki, tədbirdə 40 ölkə təmsil olunub. Azərbaycanın stendində milli məhsullar və milli mətbəximizin nümunələri nümayiş etdirilib.

Tədbiri NATO-nun Beynəlxalq Katibliyinin və Beynəlxalq Hərbi Qərargahının yüksək vəzifəli şəxsləri, müttəfiq və tərəfdaş ölkələrin səfirləri və hərbi nümayəndələri, eləcə də digər qonaqlar ziyarət ediblər.

Azərbaycanın milli məhsullarının və zəngin mətbəxinin təqdim olunduğu stend ziyarətçilərin böyük marağına səbəb olub.

Oxşar xəbərlər

Qətər və Türkiyə regional münaqişələrdə birgə vasitəçiliyi razılaşdırıb – Yenilənib
Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Layiqli Əmək Səfirləri ilə görüş keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər