Azərbaycan sosial sığorta təcrübəsini Tunisdəki beynəlxalq konfransda təqdim edib
Azərbaycanın sosial sığorta təcrübəsi Tunis şəhərində keçirilən Pensiya və Sosial Sığorta Konfransında təqdim olunub.
Bu barədə "Far.Az" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, Dünya Bankı, Beynəlxalq Sosial Təminat Assosiasiyası (ISSA) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) dəstəyi, Ərəb Sosial Təminat Assosiasiyası və "MenaMoney" beynəlxalq qurumunun təşkilatçılığı ilə keçirilən konfransda müxtəlif ölkələrin pensiya və sosial sığorta sistemləri üzrə təcrübələri, mövcud çağırışlar və gələcək inkişaf istiqamətləri müzakirə olunub.
Konfrans çərçivəsində keçirilən "Digər regionlarda sosial sığorta sistemləri üzrə milli təcrübələrin təqdim edilməsi" adlı sessiyada çıxış edən DSMF-nin İdarə Heyətinin sədri Zəka Mirzəyev Azərbaycanın pensiya təminatı və sosial sığorta sahəsində həyata keçirdiyi islahatlar barədə məlumat verib. Çıxış zamanı ölkəmizdə sosial təminat xidmətlərinin rəqəmsallaşdırılması, vətəndaşyönümlü proaktiv xidmətlərin tətbiqi, pensiya sisteminin əhatəliliyinin və maliyyə dayanıqlılığının artırılması istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Tədbirdə Azərbaycanla yanaşı, Birləşmiş Krallıq, Avstraliya, Yeni Zelandiya, Qana və digər ölkələrin sosial sığorta və pensiya sistemləri üzrə təcrübələri təqdim olunub. Həmçinin Dünya Bankı, ISSA, OECD və digər beynəlxalq təşkilatların nümayəndələri tərəfindən qlobal pensiya sistemlərinin qarşısında duran çağırışlar və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.
Konfrans çərçivəsində DSMF-nin Beynəlxalq əlaqələr departamentinin müdiri Elşad Xanəlibəyli "Pensiya sistemləri və gələcək trendlər üzrə qlobal baxış" mövzusunda keçirilən sessiyaya moderatorluq edib.
Səfər çərçivəsində Z. Mirzəyev Tunis Respublikasının Milli Pensiya və Sosial Sığorta Fondunun baş direktoru Məcid Ouni və "MenaMoney" beynəlxalq qurumunun baş icraçı direktoru ilə görüşlər keçirib. Görüşlər zamanı sosial sığorta və pensiya sahəsində qarşılıqlı əməkdaşlıq imkanları, birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Mehriban Əliyeva BMT Baş Assambleyası çərçivəsində xüsusi sessiyada iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub
-
FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirib
-
"Neftçi"nin baş məşqçisi Siyasət Əsgərov: "PAOK-la oyuna maksimum nəticə üçün çıxacağıq"
-
"Aston Villa" "Çelsi"nin cinah hücumçusu Alexandro Qarnaçonun transfer edib
-
Avtovağzal Kompleksi yaxınlığında su borusunda qəza - Aidiyyəti qurum hərəkətə keçdi













