Zelenski: Ukrayna Donbasdan imtina etməyəcək, lakin ABŞ-nin mövqeyi hələ ki, aydın deyil
Far.Az xəbər saytı

Zelenski: Ukrayna Donbasdan imtina etməyəcək, lakin ABŞ-nin mövqeyi hələ ki, aydın deyil


Ukrayna Prezidenti Volodimir Zelenski Donbasdan Rusiyanın xeyrinə imtina etmək niyyətində olmadığını bəyan edib, lakin Birləşmiş Ştatların bu məsələdə mövqeyinin nə olacağını bilmədiyini ifadə edib.

"Far.Az" xəbər verir ki, o bu barədə Danimarkaya səfəri çərçivəsində "DR Nyheder"ə verdiyi müsahibədə bildirib.

"Xeyr, mən Donbasdan geri çəkilməyəcəyəm, çünki bilirəm ki, bir müddət sonra onlar (Rusiya - red.) daha da irəli gedəcək və bizi işğal edəcəklər. Ona görə də bu, bizim üçün böyük riskdir", - Zelenski deyib.

Ukrayna lideri eyni zamanda Vaşinqtonun bundan sonrakı mövqeyinin nə olacağını və Avropa ölkələrinin bu məsələdə birliyini qoruyub-qorumayacağını bilmədiyinə təəssüfünü ifadə edib.

"Birləşmiş Ştatların hansı mövqe tutacağını və kimin tərəfində olacağını bilmirəm. Avropalıların vahid cəbhə ilə çıxış edə biləcəyini, yoxsa Fransada yazda keçiriləcək seçkilərdən sonra bölünəcəyini, gələcəkdə Almaniyada və digər ölkələrdə hansı dəyişikliklərin baş verə biləcəyini bilmirəm. Ona görə də, açığını deyim, heç nəyi dəqiq deyə bilmərəm", - Ukrayna Prezidenti bildirib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər