AFFA Region Liqasına yeni formatda start verilib
Far.Az xəbər saytı

AFFA Region Liqasına yeni formatda start verilib


AFFA Region Liqasının 2026/2027 mövsümünə yeni formatda start verilib.

"Far.Az" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 7-dən 9-dək AFFA Futbol Layihələri Şöbəsinin rəhbərliyi və Regional Futbol Federasiyalarının iştirakı ilə keçirilən ilk turun oyunlarında 70-dən çox komanda mübarizə aparıb.

Bu mövsüm Bakı, Mərkəz, Şimal, Cənub, Qarabağ, Şimal-Qərb və Qərb regionları ilə yanaşı, uzun fasilədən sonra Naxçıvan komandaları da yarışa qoşulub.

Qeyd edək ki, AFFA Region Liqası 2027-ci ilin may ayınadək davam edəcək. İlk turun oyunlarında qeydə alınan nəticələr: Bakı regionu Ramana FK – City Baku 6-4 Capital Baku – Fencing İK 1-3 Xan Çinar FK - İRS FK 2-3 İnşaatçı PİK – Cənclər Birliyi Bakı PFK 0-5 Əmirli FK – İCBFA 13-0 Lokomotiv Baku FK – Xəzər Binəqədi 1-4 Caspian FC - Cəngi 0-1 Qarabağ regionu Naftalan Gəncləri FK – Laçın PFK 7-0 Naftalan FK – Pambıqçı FK 2-1 Goranboy OİK FK – Ərgünəş-Füzuli 0-5 Naxçıvan regionu Sədərək FK – Sirab FK 0-11 Babək FK – Altay FK 0-1 Əlincə FK - Ordubad FK 7-2 Xok FK – Arpaçay FK 0-1 Cənub regionu Kürsəngi FK – Zəfər 44 13-0 Viləş PFK – Cəlilabad FK 1-1 Biləsuvar FK – Xıdırlı Salyan FK 7-1 Şimal regionu Qaradağ Şıxlar – Ələt FK 0-5 Xudat City – Qobu PFK 4-1 Qobustan FK - Vətən Naminə 2-2 Universal FA – Mübariz (Binə) FK 6-1 Mərkəz regionu Olimpik Sabirabad – Mil İK 2-2 Aran FK (Beyləqan) – Sabirabad FK 4-0 Mərcanlı FK – Araz (İmişli) 5-1 Məzrəli FK – İnşaatçı FK 0-7 Şimal-Qərb və Qərb regionları Ərəş Sporting – Göygöl FK 1-2 Göyəzən PFK – Balakən FK 2-2 Gənclik (Şəki) – Şəfəq FC 0-3 VT Gəncə FK – Qovlar PFK 2-4

Oxşar xəbərlər

Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB
İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər