Göygöldə V Milli Yaylaq Festivalı başlayıb
Göygöl rayonunda V Milli Yaylaq Festivalı başlayıb.
"Far.Az"un Qərb börosunun məlumatına görə, Göygöl rayonu Yeni Zod kəndinin ərazisində yerləşən "Xan Yurdu" entoqəsəbəsində ənənə halını almış sayca beşinci olan Milli Yaylaq Festivalına start verilib.
Festival Göygöl Rayon İcra Hakimiyyəti, eləcə də Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi, Dünya Etnoidman Konfederasiyası və digər tərəfdaş qurumların dəstəyi ilə "Cavad Xan" Tarix və Mədəniyyət Fondu və "KAP.AZ" MMC-nin birgə təşəbbüsü ilə keçirilir.
"Xan Yurdu" entoqəsəbəsindəki "Xan Çadırı"nda xalçaçılıq sənəti sərgisi, "Sənətkarlıq guşəsi", milli idman növləri (oxatma, atçılıq, zorxana və s.), etnospor-oxatma məşqləri, uşaqlar üçün guşə, konsert proqramı, aşıq musiqisi, folklor, tamaşalar, yorğa atların sərgisi, kəndirbazların və alovpüskürənlərin nümayişi, "Yaylaq süfrəsi" və digər tematik sahələr təşkil olunub.
Artıq festivalın ilk günündən etibarən, "Xan yurdu" qəsəbəsinə turist axını müşahidə edilir.
Qeyd edək ki, festivalın rəsmi açılış mərasimi sabah olacaq.
Oxşar xəbərlər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Antalyada 8-ci Etnospor Forumu baş tutub
Prezident Ərəb Koordinasiya Qrupuna üzv qurumların rəhbər şəxslərini qəbul edib
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirib
-
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub
-
"Neftçi"nin baş məşqçisi Siyasət Əsgərov: "PAOK-la oyuna maksimum nəticə üçün çıxacağıq"
-
"Aston Villa" "Çelsi"nin cinah hücumçusu Alexandro Qarnaçonun transfer edib
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb













