Aqrar Xidmətlər Agentliyi fermerlərə müraciət edib
Payızlıq əkin mövsümünə hazırlıq çərçivəsində torpaq sahələrinin aqrokimyəvi analizinin vaxtında aparılması gələcək məhsuldarlığın artırılması və torpaq ehtiyatlarının səmərəli idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyindən (AXA) bildirilib.
Məlumata əsasən, AXA fermerlərə tövsiyə edir ki, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) üzrə əkin bəyanını təqdim etməzdən əvvəl torpaq sahələrini aqrokimyəvi analizdən keçirsinlər:
"Analiz nəticələri torpağın mövcud vəziyyətinin düzgün qiymətləndirilməsinə, elmi əsaslandırılmış aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsinə və əkin prosesinin daha səmərəli planlaşdırılmasına imkan yaradır. Torpaq analizlərinin nəticələri əsasında torpağın qida elementləri ilə təminat səviyyəsi dəqiq müəyyən edilir və buna uyğun elmi əsaslandırılmış gübrələmə proqramı hazırlanır. Analiz nəticələrinə uyğun olaraq mineral gübrələrin düzgün növ və normada tətbiqi bitkilərin qida maddələrinə olan tələbatının optimal şəkildə qarşılanmasına, gübrələrdən səmərəli və məqsədyönlü istifadəyə, onların səmərəliliyinin artırılmasına imkan verir".
Qeyd edilib ki, eyni zamanda, torpağın üzvi maddə və humus ehtiyatlarının artırılması, strukturunun yaxşılaşdırılması və bioloji fəallığının yüksəldilməsi məqsədilə üzvi gübrələrdən istifadənin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır:
"Mineral və üzvi gübrələrin torpağın aqrokimyəvi analiz nəticələri nəzərə alınmaqla balanslaşdırılmış şəkildə tətbiqi həm məhsuldarlığın artırılmasına, həm də torpaq münbitliyinin uzunmüddətli qorunmasına xidmət edir. Bu yanaşma münbit torpaqların tükənməsinin qarşısının alınmasına, mineral gübrələrdən səmərəli istifadəyə, eyni zamanda orqanik və bioloji gübrələrin tətbiqinin genişləndirilməsinə imkan yaradır. Bununla yanaşı, analiz nəticələri əsasında orqanik gübrələrin istifadəsinin təşviqi və əkin dövriyyəsinin (növbəli əkin) düzgün tətbiqi torpağın uzunmüddətli məhsuldarlığının qorunmasına xidmət edir. Torpaq tərkibinin ətraflı öyrənilməsi müxtəlif bölgələrdə hansı bitki növlərinin daha yüksək məhsuldarlıq verəcəyini müəyyən etməyə imkan yaratdığından fermerlər torpaq potensialına uyğun əkin planlaşdıraraq daha səmərəli nəticələr əldə edə bilərlər".
Məlumatda vurğulanıb ki, aqrokimyəvi analizlər suvarma rejiminin elmi əsaslarla tənzimlənməsinə də şərait yaradır:
"Xüsusilə şoranlaşma riski yüksək olan ərazilərdə suvarma strategiyalarının təkmilləşdirilməsi, dağlıq və maili sahələrdə isə torpaq eroziyasının qarşısının alınması məqsədilə uyğun əkin texnologiyalarının və torpaq mühafizəsi tədbirlərinin seçilməsi analiz nəticələrinə əsaslanaraq daha effektiv həyata keçirilə bilər. Uzun illər intensiv istifadə olunan torpaqlarda qida maddələrinin azalması təbii prosesdir. Bu baxımdan torpaq analizlərinin nəticələri münbitliyin bərpası və artırılması üçün uzunmüddətli tədbirlərin müəyyən edilməsinə imkan verir. Düzgün aqrotexniki yanaşmaların tətbiqi torpaq ehtiyatlarının qorunmasına, ekoloji dayanıqlılığın gücləndirilməsinə və kənd təsərrüfatı istehsalının davamlı inkişafına xidmət edir. Aqrar Xidmətlər Agentliyi fermerləri payızlıq əkinlərə başlamazdan əvvəl torpaq sahələrinin aqrokimyəvi analizini vaxtında həyata keçirməyə, nəticələrə uyğun əkin və gübrələmə planı hazırlamağa çağırır. Bu yanaşma məhsuldarlığın artırılması, keyfiyyətli və təhlükəsiz kənd təsərrüfatı məhsullarının istehsalı, torpaq ehtiyatlarının qorunması, ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və idxaldan asılılığın azaldılması baxımından mühüm əhəmiyyət daşıyır".
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev Sabirabadda aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
Azərbaycanda tikinti sektorunda qiymət sabitliyi iyunda da qorunub
-
"Neftçi"nin baş məşqçisi Siyasət Əsgərov: "PAOK-la oyuna maksimum nəticə üçün çıxacağıq"
-
"Aston Villa" "Çelsi"nin cinah hücumçusu Alexandro Qarnaçonun transfer edib
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
"Azərsun Holdinq" və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb













