Yaponiyada ayıların hücumları nəticəsində altı nəfər ölüb
Yaponiyada 2026-cı ilin aprelindən sentyabrın əvvəlinə qədər ayıların hücumları nəticəsində altı nəfər həlak olub və təxminən 30 nəfər zərər çəkib.
"Report" Yaponiya Ətraf Mühit Nazirliyinə istinadən xəbər verir ki, bu müddət ərzində ayılar yaşayış məntəqələri yaxınlığında təxminən 17,4 min dəfə müşahidə edilib. Bu, son beş ilin ən yüksək göstəricisidir.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, payızda ayılarla qarşılaşma halları arta bilər, çünki heyvanlar qış yuxusundan əvvəl fəal şəkildə qida axtarırlar. Palıd qozası və meşə qoz-fındığının yaxşı məhsuluna baxmayaraq, bəzi ayılar yemək axtarışında yaşayış məntəqələrinə yaxınlaşmağa davam edirlər.
Sentyabrda ayılardan biri Tokionun tərkibinə daxil olan Haçioci yaşayış rayonunda aşkar edilərək güllə ilə öldürülüb.
Son on il ərzində Yaponiyanın ən böyük adası Honşuda ayıların yaşayış ərazisi təxminən iki dəfə artıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
-
Emin Hüseynov: "Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir"
-
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var
-
Mahir Məmmədov FIDE prezidenti Timur Turlovla əməkdaşlığı müzakirə edib
-
İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib
-
Dubayda əmlak sahibi olmaq istəyənlər üçün "Propify Real estate" Bakıda xüsusi təqdimat tədbiri keçirəcək













