Ömər Rəcəbli dünya çempionatında qazandığı medalı atasına həsr edib
Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıdakı dünya çempionatında qazandığı bürünc medalı atasına həsr edib.
"Far.Az"un məlumatına görə, 81 kq çəki dərəcəsində çıxış edən idmançı bu barədə jurnalistlərə açıqlama verib.
O, yarışda üçüncü yeri tutması ilə bağlı fikirlərini bölüşüb:
"Medal qazandığım üçün xoşbəxtəm. 25 il əvvəl atam dünya çempionatında bürünc mükafata sahib çıxıb. Onun nailiyyətini təkrarlamaq böyük işdir. Medalı da atama həsr edirəm. O, həmişə mənə dəstək olur və motivasiya verir. Onsuz buna nail ola bilməzdim. Sırf ona görə bu gün buradayam".
Ö.Rəcəbli turnirdə qızıl medalı hədəflədiyini söyləyib:
"Amma alınmadı. Qismət belə idi. İlk dəfədir ki, böyüklər arasında dünya çempionatında güləşirdim. İki dəfə Avropa çempionatında məğlub olmuşam. Artıq bu tilsimi qırdım. Buna görə çox xoşbəxtəm".
Xatırladaq ki, Ömər Rəcəbli Azərbaycanın veteran cüdoçusu Elxan Rəcəblinin oğludur. E.Rəcəbli 2001-ci ildə Almaniyadakı dünya çempionatında bürünc medal qazanıb.
Oxşar xəbərlər
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Dünya çempionatı: Ömər Rəcəbli bürünc medal qazanıb - YENİLƏNİB-4
"McDonald"s Azərbaycan" və DSMF şəhid və veteran övladları üçün Novruz bayramı tədbiri təşkil edib
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İrançılıq düşüncəsinin paradoksları
-
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin bahalaşdı













