İmişlidə DOST filialı fəaliyyətə başlayıb
DOST xidmətləri şəbəkəsinin regionlarda genişləndirilməsi tədbirlərinin davamı olaraq, İmişli rayonunda yeni DOST filialı fəaliyyətə başlayıb.
"Far.Az"un Muğan bürosunun məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və İmişli rayon icra hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev mərkəzdə yaradılmış şəraitlə tanış olub, vətəndaşlara göstərilən xidmətlərin təşkili və iş prosesi ilə maraqlanıblar.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial islahatların mühüm istiqamətlərindən biri vətəndaşlara göstərilən sosial xidmətlərin müasir standartlar əsasında təşkili və onların əlçatanlığının artırılmasıdır. Bu baxımdan, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST modeli vətəndaşyönümlü yanaşması, şəffaf fəaliyyəti və innovativ idarəetmə prinsipləri ilə seçilir, beynəlxalq səviyyədə də uğurlu təcrübə kimi tanınır.
DOST konsepsiyasının dövlət sosial xidmətlərini "bir pəncərə" prinsipi əsasında müasir, operativ və şəffaf formada təqdim etdiyi, bu model üzrə göstərilən xidmətlərdən vətəndaş məmnunluğunun 98,9 faiz olduğu qeyd edilib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov məlumat verib ki, 9 əməkdaşla fəaliyyət göstərəcək filialda gün ərzində orta hesabla 100-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır.
İmişli şəhəri, A. Şadlınski küçəsi 8A ünvanında yerləşən filialın iki mərtəbəli inzibati binası müasir memarlıq həlləri əsasında layihələndirilib. Binanın ümumi sahəsi 698,1 kvadratmetrdir.
Nazir A.Əliyev filialda xidmətlərin keyfiyyətlə göstərilməsinin, müraciətlərə operativ baxılmasının, vətəndaş məmnunluğunun daim yüksək səviyyədə saxlanılmasının vacibliyini vurğulayaraq müvafiq tapşırıq və tövsiyələrini çatdırıb.
İmişli filialının da istifadəyə verilməsi ilə hazırda ölkə üzrə 7 DOST Mərkəzi, 4 DOST filialı və 3 DOST məntəqəsi vətəndaşlara xidmət göstərir.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
"Aston Villa" "Çelsi"nin cinah hücumçusu Alexandro Qarnaçonun transfer edib
-
"Neftçi"nin baş məşqçisi Siyasət Əsgərov: "PAOK-la oyuna maksimum nəticə üçün çıxacağıq"
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
"Azərsun Holdinq" və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK













