Dövlət Proqramı üzrə təqaüdçülərin siyahısı müəyyən olunub
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026–2027-ci tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrinə qəbulun nəticələri müəyyən olunub.
Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, namizədlər müvafiq seçim qaydalarına aid meyarlara uyğun olaraq, Dövlət Proqramına qəbul olunub və proqram iştirakçısı adını qazanıblar. Belə ki, 2026–2027-ci tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 353 magistratura və 22 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 155 nəfəri dünyanın ən nüfuzlu 10 universiteti sırasında yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu təhsil müəssisələri sırasına "Stanford University", "Massachusetts Institute of Technology", "National University of Singapore", "University of Oxford", "University of California, Berkeley", "ETH Zurich", "Harvard University", "Yale University" kimi dünyanın ən nüfuzlu universitetləri daxildir.
Təqaüdçülərin tam siyahısı ilə bu keçid vasitəsilə tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Azərbaycanda mülki aviasiya xidmətləri ilə bağlı tariflər QÜVVƏYƏ MİNDİ
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
İİB Qrupuna aid startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ağır qəza - Gecə piyadalar vuruldu
-
"Aston Villa" "Çelsi"nin cinah hücumçusu Alexandro Qarnaçonun transfer edib
-
"Neftçi"nin baş məşqçisi Siyasət Əsgərov: "PAOK-la oyuna maksimum nəticə üçün çıxacağıq"
-
Azərbaycan BMT TŞ-də qətnamələrin icrasının vacibliyini qabardıb
-
"Azərsun Holdinq" və Aqrar Xidmətlər Agentliyi sosial layihə reallaşdırıb
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK













