IMF: Qafqaz və Mərkəzi Asiya ölkələri Yaxın Şərq böhranının birbaşa təsirindən qorunur
Far.Az xəbər saytı

IMF: Qafqaz və Mərkəzi Asiya ölkələri Yaxın Şərq böhranının birbaşa təsirindən qorunur


Qafqaz və Mərkəzi Asiya regionu ölkələri Fars körfəzi zonası ilə inteqrasiyanın aşağı səviyyədə olması sayəsində Yaxın Şərqdə vəziyyətin kəskinləşməsinin birbaşa təsirindən əhəmiyyətli dərəcədə qorunur.

Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktor müavini Roberto Kardarelli KİV nümayəndələri ilə keçirilən dəyirmi masa zamanı "Report"un sualını cavablandırarkən deyib.

O vurğulayıb ki, bu region Yaxın Şərq böhranının birbaşa nəticələrindən qorunur. Lakin neft idxal edən ölkələr üçün mənbəyi Yaxın Şərq olan enerji resurslarının - neft və qazın qiymətlərinin kəskin dalğalanması ciddi çağırış olaraq qalır. Təzyiq göstərən digər bir amil isə Rusiyanın enerji daşıyıcıları və qazının tədarükündən birbaşa asılı olan dövlətlərə təsir edən Ukrayna böhranıdır.

R.Kardarellinin sözlərinə görə, bu münaqişənin səbəb olduğu fasilələr bəzi ölkələrdən yan keçməyib. Bununla yanaşı, IMF nümayəndəsi qeyd edib ki, şimal və cənub istiqamətlərində geosiyasi qeyri-sabitlik region üçün yeni iqtisadi imkanlar yaradır.

"Qafqaz və Mərkəzi Asiya əvvəllər birbaşa Rusiyaya, eləcə də İran və Fars körfəzi vasitəsilə yönəldilən böyük ticarət həcmləri üçün alternativ nəqliyyat dəhlizləri kimi getdikcə daha çox əhəmiyyət kəsb edir. Mövcud vəziyyət qlobal ticarət axınlarının irimiqyaslı şəkildə yenidən təşkilindən yararlanmaq üçün regiona unikal imkan yaradır və bu axınların əhəmiyyətli hissəsi artıq onun ərazisindən keçir", - R.Kardarelli bildirib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər