"Aston Villa" "Çelsi"nin hücumçusu Nikolas Ceksonu transfer etmək istəyir
İngiltərənin "Aston Villa" klubu "Çelsi"nin hücumçusu Nikolas Ceksonu transfer etmək istəyir.
"Far.Az" xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin məlumatına görə, Birmingem təmsilçisi seneqallı futbolçunun transferi ilə bağlı "zadəganlar"la danışıqlara başlayıb.
Bildirilir ki, "Aston Villa"nın baş məşqçisi Unai Emeri Nikolas Ceksonu hələ "Vilyarreal"dakı birgə fəaliyyətləri dövründən yüksək qiymətləndirir və futbolçunu komandasında görmək istəyir.
25 yaşlı hücumçu ötən mövsümü icarə əsasında Almaniyanın "Bavariya" klubunda keçirib. "Transfermarkt" portalı onun transfer dəyərini 40 milyon avro qiymətləndirir.
Nikolas Cekson 2026-cı il dünya çempionatında Seneqal millisinin heyətində 4 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar xəbərlər
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
Bakıda yaz mövsümü ilə əlaqədar genişmiqyaslı daxili iməcilik keçirilib
"Torqovı"dakı yanğından son GÖRÜNTÜLƏR - Xəsarət alan var
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Aysel Teymurzadədən qızı Leyla ilə bağlı paylaşım
-
"Yuventus" Qulyelmo Vikarionu transfer etməyi planlaşdırır
-
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
-
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
-
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir













