Elxan Səmədov: "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq"
Far.Az xəbər saytı

Elxan Səmədov: "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq"


Peşəkar Futbol Liqasına (PFL) yenidən prezident seçilən Elxan Səmədov AFFA ilə birgə səylər nəticəsində Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracaqlarına inanır.

"Far.Az" xəbər verir ki, PFL-in mətbuat xidmətinə açıqlama verən qurum rəhbəri qarşıdakı dövrdə həyata keçiriləcək işlər və futbolun inkişafı ilə bağlı fikirlərini bölüşüb.

"Mənə göstərilən böyük etimada görə Peşəkar Futbol Liqasının üzvü olan bütün klublara, bizə dəstəyini əsirgəməyən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına, şəxsən AFFA-nın prezidenti cənab Rövşən Nəcəfə təşəkkürümü bildirirəm. Çalışdığım müddətdə futbol ailəsinin, media nümayəndələrinin diqqətini, dəstəyini görmək, həmrəyliyini hiss etmək həmişə əlavə güc verib", - o vurğulayıb.

E.Səmədov etimadı doğrultmaq üçün çalışacaqlarını bildirib:

"Komandamla birlikdə əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, bizə bəslənilən bu yüksək inamı əməli fəaliyyətimizlə tam şəkildə doğruldaq. İnanıram ki, AFFA, eləcə də futbol ailəsinin hər bir üzvünün qarşılıqlı dəstəyi nəticəsində vahid məqsəd ətrafında birləşərək, ortaq səylərimizlə Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq".

Qeyd edək ki, Peşəkar Futbol Liqasının Ümumi Yığıncağında Elxan Səmədov qarşıdakı 4 il üçün qurumun prezidenti vəzifəsinə seçilib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər