"Atası dedi ki, artistə qız vermərəm" - Çingiz Əhmədov həyat yoldaşı ilə tanışlıq hekayəsini danışdı
Baku TV-nin "O vaxtlar" verilişinin budəfəki qonağı Əməkdar artist Çingiz Əhmədov olub.
Uşaqlıq və gənclik illərindən danışan aktyor həmin dövrdə böyük tamaşaçı sevgisi qazandığını bildirib.
Onun sözlərinə görə, televiziyada tez-tez görünməsi, xüsusilə, gənc qızların diqqətini çəkib:
"Hansısa məktəbin yanından keçəndə qızlar üstümə şığıyırdılar. O vaxtlar buruq saçlarım var idi, geyimimə də çox fikir verirdim. Televiziyada ayda dörd dəfə efirə çıxırdım. Rejissorlar məni verilişlərinə dəvət edirdilər və getdikcə insanların sevimlisinə çevrilirdim".
Çingiz Əhmədov bildirib ki, yaşadığı binanın qarşısında onu görmək üçün gözləyənlər də olub:
"Subay vaxtlarımda yaşadığımız evin qarşısında səkkiz-on qız dayanıb gözləyirdi ki, küçəyə nə vaxt çıxacağam. O zaman indiki kimi hamının əlində telefon yox idi. Kimin fotoaparatı olurdusa, gəlib şəkil çəkdirirdi".
Əməkdar artist həyat yoldaşı Mehriban xanımla tanışlıq tarixçəsindən də danışıb. O bildirib ki, onları dostu tanış edib:
"Dostum dedi ki, "yaxşı oğlansan, istəyirəm, yaxşı bir qızla ailə qurasan". İlk dəfə görüşəndə mən Azərbaycan dilində danışırdım, o isə rusca cavab verirdi. Sonra danışdıq və gördüm ki, çox istiqanlı qızdır".
Aktyorun sözlərinə görə, Mehriban xanımın atası əvvəlcə qızının sənət adamı ilə ailə qurmasına razılıq verməyib:
"Atası demişdi ki, "sənin başın xarabdır, artistə adam qız verər? Mən qızımı ona verə bilmərəm". Sonra anamla bibimi elçiliyə göndərdim. Razılıqlarını aldıqdan sonra qayınatama dedim ki, "elə edəcəyəm, bu evin oğlu olum". Həqiqətən də belə oldu. O mənə kürəkən kimi yox, evin böyük oğlu kimi baxırdı".
Oxşar xəbərlər
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Sabirabadda su filtrlərinin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Birdəfəlik sığorta ödənişləri ilə bağlı QANUNDA DƏYİŞİKLİK
-
Bakının bəzi hissəsində internet kəsildi
-
Bilgəhdəki çimərlik zibildən təmizləndi
-
Çin Aİ-nin 14 təşkilatını ixrac nəzarəti tətbiq olunan ölkələrin siyahısına daxil edib
-
Aleksandr Sokolov: Rusiyanın Kirov vilayətində raket hücumu zamanı 6 nəfər ölüb
-
"Körpülərin İstismarı və Təmiri Müəssisəsi" ləğv olunur













