Fransanın cənub-qərbində baş verən yanğın son 50 ilin ən dağıdıcı fəlakəti olub
Far.Az xəbər saytı

Fransanın cənub-qərbində baş verən yanğın son 50 ilin ən dağıdıcı fəlakəti olub


Fransanın cənub-qərbində 14 min hektar ərazini əhatə edən yanğın ölkədə son 50 ilin ən dağıdıcı fəlakəti olub.

"Report" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırkı yanğın miqyasına görə 2022-ci ildə Jironda departamentinin Landira kommunasında baş vermiş və həmin vaxt alovun 12,5 min hektardan çox meşəni məhv etdiyi yanğını geridə qoyub. Hazırkı yanğının sahəsi artıq Parisin ərazisini də üstələyir.

"Le Figaro" meşə yanğınları ilə bağlı məlumat bazasına istinadən qeyd edib ki, hazırkı və 2022-ci ildə baş vermiş yanğınlardan əlavə, ən böyük üçlüyə Var departamentindəki Vidoban kommunası ərazisində alovun 11,5 min hektar ərazini əhatə etdiyi yanğın da daxildir.

Daha əvvəl Fransanın daxili işlər naziri Loran Nunyes TF1 telekanalının efirində bildirib ki, Jironda departamentindəki yanğın külək istiqamətini dəyişdikdən sonra Bordo istiqamətində irəliləyir. Onun sözlərinə görə, fəlakət zonasından artıq 110 minə yaxın insan təxliyə edilib.

Oxşar xəbərlər

Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər