Husilər Səudiyyə Ərəbistanının cənubundakı şəhərə hücum ediblər
Far.Az xəbər saytı

Husilər Səudiyyə Ərəbistanının cənubundakı şəhərə hücum ediblər


Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) Səudiyyə Ərəbistanının cənubundakı Cizan şəhərinə hücum edib.

"Far.Az" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti husilərin sosial şəbəkələrdəki paylaşımlarına istinadən məlumat yayıb.

Bildirilib ki, üsyançıların bu həftə baş vermiş hücumlara cavab olaraq krallığa zərbə endirəcəklərini vəd etməsindən sonra Səudiyyə Ərəbistanı daha əvvəl Cizan və Yanbu sakinlərinə qısa xəbərdarlıqlar göndərib.

Qeyd edək ki, bu gecə Səudiyyə Ərəbistanı Yəməndə "Ənsar Allah" (husilər) qruplaşmasının hərbi obyektlərinə zərbələr endirib. Bu, yaraqlıların bir neçə gün əvvəl Səudiyyə tankerlərinə etdiyi hücumlara cavab olub.

Oxşar xəbərlər

Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Növbəti köç karvanı Kəlbəcər şəhərinə çatıb
Xankəndidə "Kənddən Şəhərə" Novruz yarmarkası keçirilir
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Köç karvanı Ağdam şəhərinə çatıb, açarlar təqdim edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər