Gənclər və İdman Nazirliyinin 32 illiyi münasibətilə avarçəkmə üzrə tanışlıq sessiyası təşkil olunub
Gənclər və İdman Nazirliyinin yaradılmasının 32 illiyi münasibətilə avarçəkmə idmanı ilə tanışlıq və təcrübə sessiyası təşkil olunub.
"Far.Az" xəbər verir ki, Gənclər və İdman Nazirliyi, nazirlik yanında İctimai Şura, Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənclər təşkilatlarının rəhbər və nümayəndələrini avarçəkmə idman növü ilə yaxından tanış etmək, sağlam həyat tərzini təşviq etmək və gənclər arasında idmana marağı artırmaq olub.
Tədbirdə Azərbaycan Su İdman Növləri Federasiyasının peşəkar təlimçiləri iştirakçılara təhlükəsizlik qaydaları, avarçəkmə texnikası və qayıqlardan düzgün istifadə ilə bağlı məlumat veriblər.
Nəzəri hissədən sonra iştirakçılar su üzərində praktiki məşğələyə qoşularaq avarçəkmə təcrübəsi əldə ediblər.
Sessiya iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və gənclər təşkilatları arasında əməkdaşlığın genişləndirilməsi baxımından uğurlu təşəbbüs kimi qiymətləndirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Coratda 26 yaşlı gənc dənizdə boğulub
-
Yaylaq festivalında xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
-
Messi "MLS Ulduzlar matçı"nın heyətindən çıxarılıb
-
İƏT Pakistandakı terroru pisləyib
-
V Milli Yaylaq festivalının ikinci günü keçirilir
-
ƏSF: Elektron Auksion Portalında birbaşa satış həddinin artırılması planlaşdırılır













