CSKA-"Qarabağ" matçını stadionda izləmək istəyənlərin nəzərinə!
CSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" FK oyunu üçün vauçerlər bu gün satışda olacaq.
Far.Az xəbər verir ki, bu barədə Ağdam klubu paylaşım edib.
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək CSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" FK matçını "Natsionalen Stadion Vasil Levski" stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər bu gün saat 17:00-dan etibarən iTicket.az vasitəsilə onlayn satışa çıxarılacaq.
Azarkeşlər üçün "Natsionalen Stadion Vasil Levski" stadionunda 800 yer ayrılıb. Biletlərin qiyməti isə 28 AZN-dir.
Qeyd olunub ki, bilet əldə edən şəxslər stadiona gələrkən şəxsiyyətlərini təsdiq edən sənədi gətirməlidir.
Xatırladaq ki, CSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" oyunu iyulun 30-da Bakı vaxtı ilə 22:00-da, yerli vaxtla isə 21:00-da başlayacaq.
Oxşar xəbərlər
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB-3
UEFA Avropa Liqası: "Qarabağ" - ÇSKA oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Cəbrayılda işləmək istəyənlərin NƏZƏRİNƏ! 100-ə yaxın VAKANSİYA
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 3000 AZN-dək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













