Azər Əmirov: "Əmanətlərin Sığortalanması Fondu özəlləşdirmə çekləri üzrə məsuliyyət daşımır"
Müddəti başa çatmış özəlləşdirmə çekləri kompensasiya mexanizminə şamil olunmur.
"Far.Az" xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Hüquq departamentinin rəhbəri Azər Əmirov Milli Mətbuat Günü münasibətilə keçirilən Dialoq və Əməkdaşlıq Forumunda bildirib.
Onun sözlərinə görə, özəlləşdirmə çekləri dövlət mülkiyyətinin özəlləşdirilməsi üçün konkret müddətə nəzərdə tutulmuş maliyyə alətləri olub: "Həmin çeklərin bir qismi bazarda dövriyyədə idi, digər qismi isə əmək kollektivlərinə əvəzsiz olaraq paylanırdı. Bu çeklər əsas etibarilə böyük dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində tətbiq edilirdi. Onların konkret dövriyyə müddəti mövcud idi və bu müddət artıq sona çatıb. Ümumi olaraq, özəlləşdirmə çekləri və oxşar alətlər Əmanətlərin Sığortalanması Fondunun müdafiə mexanizmi çərçivəsinə daxil edilmir.
Məsələ daha çox dövlət əmlakının idarəçiliyi sahəsini əhatə edir. Analoji vəziyyətlə "Muğanbank" ASC nümunəsində də üzləşmişik. Bankın bir vaxtlar buraxdığı "Muğan Çek" adlandırılan aləti mövcud idi və onun da istifadə müddəti bitmiş idi. Bankın təhvil-təslim proseduru çərçivəsində bu çeklər üzə çıxarılmışdı. Buna rəğmən, bəzi vətəndaşlar hələ də "Muğanbank"dakı payları ilə bağlı təsəvvür qalıt və zaman-zaman bu xüsusda müraciətlər edilir".
A. Əmirov hesab edir ki, özəlləşdirmə çekləri də Fondun müdafiə mexanizminə daxil deyil: "Vaxtında ərizə təqdim edən şəxslərin tələbləri kreditor tələbi qismində qeydiyyata alınıb. Söhbət nominal qiyməti 50 manat olan və sayı təqribən 170 min ədədə çatan çeklərdən gedir. Həmin şəxslər təminatsız kreditorlar siyahısına salınıb. İlkin olaraq kreditor tələblərinin qəbulu üçün 60 günlük müddət müəyyənləşdirilmişdi, sonradan bu müddət 90 günə qədər artırıldı və həmin dövr ərzində müraciət edən şəxslərin tələbləri qeydiyyatdan keçirildi. Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması isə xeyli əvvəlki dövrdə həyata keçirilib və bu məsələ ilə əlaqədar Fondun heç bir səlahiyyəti və funksiyası nəzərdə tutulmayıb".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
-
Nigar Camal bu dəfə həm müğənni, həm də aparıcı oldu
-
Venesuela BCM-dən çıxma prosesini rəsmən başladıb
-
Türkiyədə saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
-
BCM-in prokuroru Kərim Xan vəzifədən kənarlaşdırılıb
-
Rüstəm Orucov: "Avropa Cüdo Ümidləri Turniri yüksək səviyyədə təşkil olunub"













