Premyer Liqa: "Zirə" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək
Far.Az xəbər saytı

Premyer Liqa: "Zirə" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək


Bu gün Misli Premyer Liqasının XII turunda "Zirə" "Şamaxı"nın qonağı olacaq.

"Far.Az"un məlumatına görə, günün yeganə matçı Şamaxı şəhər stadionunda təşkil ediləcək.

Qarşılaşma saat 15:00-da start götürəcək.

Paytaxt təmsilçisi 17 xalla dördüncü, meydan sahibləri 12 xalla altıncı pillədə qərarlaşıb. Hər iki komandanın ehtiyatda daha bir oyunu var.

Azərbaycan Premyer Liqası, XII tur

2 noyabr

15:00. “Şamaxı” – “Zirə”

Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Eyyub İbrahimov.

Hakim-inspektor: İmanxan Sultani.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Şamaxı şəhər stadionu

Qeyd edək ki, ötən gün "Neftçi" evdə "Araz-Naxçıvan"a uduzub. "Turan-Tovuz" - "Qarabağ" matçında isə qol vurulmayıb. Turun digər iki qarşılaşması noyabrın 3-də gerçəkləşəcək.

Oxşar xəbərlər

Azərbaycan Kuboku: II təsnifat mərhələsinin oyunlarının təyinatları bəlli olub
Premyer Liqa: "Qarabağ" və "Neftçi"nin oyunlarının hakimləri bəlli olub
Azərbaycan Premyer Liqası: X turun hakim təyinatları açıqlanıb
Premyer Liqa: "Sabah" - "Neftçi" matçının təyinatları açıqlanıb
Azərbaycan Premyer Liqası: "Zirə" - "Neftçi" oyununun hakimləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər