Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Far.Az xəbər saytı

Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub


Macarıstanın Seqed şəhərində keçirilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu nəticə göstərib.

"Far.Az" Azərbaycan Su İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, milli üzvü 500 metr məsafədə birnəfərlik kanoe qayığında mükafatçılar sırasına düşüb.

T. Smilovenko həlledici mərhələ olan A finalında finiş xəttini 2-ci keçərək gümüş medala sahib olub.

Xatırladaq ki, bu, idmançının Azərbaycan millisinin tərkibində qitə çempionatında qazandığı ikinci medaldır. O, ötən il Rumıniyanın Piteşti şəhərində təşkil olunmuş 23 yaşa qədər idmançılar arasında Avropa çempionatında 3-cü yeri tutub.

Oxşar xəbərlər

Bakı Avarçəkmə və Kanoe İdman Klubunda tələbələr üçün təlim keçirilib
"Prezident Kuboku 2026": Azərbaycan avarçəkənləri günü 4 medalla başa vurublar - YENİLƏNİB-2
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Avropa çempionatında mübarizə aparacaq
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər