Batman qəbiristanlığında AK Partinin üzvü güllələnib
Türkiyənin Batman şəhərinin qəbiristanlığında silahlı insident yaşanıb, Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Rayon İdarə Heyətinin üzvü Mehmet Direk öldürülüb.
"Far.Az" "Haber Global"a istinadən xəbər verir ki, Batmanın mərkəzindəki Güneykent məhəlləsində yerləşən Asri Qəbiristanlığında Mehmet Direk, oğlu Ercan Direk və qardaşı oğlu Bekir Direk odlu silahla vurulub.
Silah səslərinin eşidilməsindən sonra ətrafdakı vətəndaşlar vəziyyət barədə polisə məlumat veriblər.
Hadisə yerinə tibb və çox sayda polis qrupu göndərilib. Meyitlər Batman Tədris və Araşdırma Xəstəxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir, qaçan şübhəlilərin tutulması üçün Batman Polis İdarəsinin qrupları genişmiqyaslı əməliyyata başlayıb.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Sabirabad Sənaye Məhəlləsində toxum istehsalı müəssisəsinin fəaliyyəti ilə tanışlıq
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.
-
Çexiya dronlara qarşı mübarizə üçün Ukraynaya 16 təyyarə verə bilər













