"Nvidia" məlumatların emalı mərkəzinin tikintisi üçün "OpenAI"yə 250 milyard dollar ayıra bilər
"Nvidia" məlumatların emalı mərkəzinin yaradılması üzrə irimiqyaslı layihənin həyata keçirilməsi üçün "OpenAI"yə təxminən 250 milyard dollarlıq maliyyə dəstəyinin verilməsi barədə danışıqlar aparır.
"Report" "The Wall Street Journal"a istinadən xəbər verir ki, bu sövdələşmə Amerika süni intellekt bumunun bütün tarixi ərzində ən iddialılarından biri ola bilər.
"Nvidia"nın zəmanətləri "OpenAI"yə "SoftBank"dan 10 QVt gücündə elektrik stansiyasını icarəyə götürməyə kömək edəcək. Nəşrin mənbələrinin məlumatına görə, layihə Ohayo ştatının cənubunda işlənib hazırlanır və onun ümumi dəyəri 500 milyard dolları ötə bilər. Bu halda o, məlumatların emalı mərkəzinin yaradılması üzrə ən böyük layihə olacaq.
Obyekt üçün elektrik enerjisi ABŞ hökumətinin nəzarəti altındadır və ticarət sazişi çərçivəsində Yaponiya tərəfindən maliyyələşdirilir.
"Nvidia"nın dəstəyi həm də borc vəsaitlərini daha sərfəli şərtlərlə cəlb etməyə imkan verəcək, çünki "OpenAI"nin investisiya kredit reytinqi yoxdur. Şirkət kreditorların layihənin etibarlılığına inamını artırmaq üçün bir sıra maliyyə alətlərinə zəmanət verə bilər.
Sazişin şərtləri hələ razılaşdırılmayıb, buna görə də sövdələşmə baş tutmaya bilər.
250 milyard dollarlıq zəmanət məlumatların emalı mərkəzinin icarəsi və borc vəsaitlərinin cəlb edilməsi xərclərinin qarşılanması üçün nəzərdə tutulub, lakin "Nvidia" çiplərinin tədarükünü əhatə etmir. "OpenAI" üçün 350 milyard dollara qədər məbləğdə çip alınmasının maliyyələşdirilməsi ayrıca müzakirə olunur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
-
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
-
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
-
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
-
Əraqçi Ukraynanı İranın ticarət gəmisinə hücumda ittiham etdi
-
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı













