Sietldə kütləvi atışma zamanı iki nəfər ölüb
Amerikanın Sietl şəhərində baş verən kütləvi atışma nəticəsində iki nəfər ölüb, ən azı beş nəfər yaralanıb.
"Far.Az" "The Seattle Times" nəşrinə istinadən xəbər verir ki, atışma bazar günü axşam bir neçə min insanın iştirakı ilə "Bite of Seattle" qastronomiya festivalının keçirildiyi "Seattle Center" kompleksinin ərazisində baş verib.
Saat 18:00 radələrində (Bakı vaxtı ilə bazar ertəsi saat 05:00-da - red.) ərazidə silsilə atəş səsləri eşidilib, bundan sonra ziyarətçilər qaçmağa və sığınacaq axtarmağa başlayıblar. Şahidlərdən biri çoxlu insan toplaşdığı üçün izdiham yarandığını bildirib.
Yaralıların çatdırıldığı "Harborview" tibb mərkəzindən dörd zərərçəkənin vəziyyətinin kafi qiymətləndirildiyini qeyd ediblər, 56 yaşlı qadının aldığı odlu silah yarası isə kritikdir.
Hazırkı vaxta qədər şübhəlinin saxlanılması barədə məlumat daxil olmayıb. Polis sakinləri hadisə ərazisindən uzaq durmağa çağırıb.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilib
27 Sentyabr - Anım Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
İçərişəhərdə Beynəlxalq Xalça Festivalının açılış mərasimi keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
-
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
-
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
-
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
-
Əraqçi Ukraynanı İranın ticarət gəmisinə hücumda ittiham etdi
-
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı













