Argentina millisində Messi ilə bağlı AÇIQLAMA: Dünya çempionatının finalı son oyunu olub?
Argentina millisinin və "Boka Xuniors"un yarımmüdafiəçisi Leandro Paredes Lionel Messinin milli komandadakı gələcəyi ilə bağlı açıqlama verib.
BAKU.WS xəbər verir ki, Paredes jurnalistlərlə söhbətində 2026-cı il dünya çempionatının final matçının Messi üçün Argentina millisində son oyun olduğunu bildirib.
"Messi qərar verib ki, dünya çempionatının finalı onun milli komandadakı son oyunu olacaq. Mən isə ümid edirəm ki, o, oynamağa davam edəcək. Onu nə xoşbəxt edəcəksə, biz də buna sevinəcəyik", - deyə Paredes qeyd edib.
2026-cı il dünya çempionatında Messi 8 qola imza atıb və turnirin bombardirlər siyahısında ikinci pillədə qərarlaşıb. İlk sırada isə 10 qolla Fransa millisinin hücumçusu Kilian Mbappe yer alıb.
Dünya çempionatının finalında İspaniya Argentina üzərində 1:0 hesablı qələbə qazanıb. Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Əlavə vaxtın ikinci hissəsində "Barselona"nın 26 yaşlı hücumçusu Ferran Torres İspaniyaya qələbə qazandıran yeganə qolu vurub.
Messi karyerası ərzində Argentina millisinin heyətində 207 matç keçirib və 125 qol vurub. O, milli komanda ilə 2022-ci ildə dünya çempionu olub, 2022-ci ildə Finalissima və 2021, 2024-cü illərdə Amerika Kubokunu qazanıb. Messi, həmçinin Argentina Olimpiya komandası ilə 2008-ci ildə Pekin Olimpiadasında qızıl medal əldə edib.
Oxşar xəbərlər
DÇ-2026-nın ən böyük ulduzları: Ronaldo, Messi, Mbappe və digərləri
Milli dəyərlər və gənclərin gələcəyi mövzusunda tədbir keçirilib
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri
DÇ-2026: Argentina Misir üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNİB-8
DÇ-2026: Mərakeşə qalib gələn Fransa ilk yarımfinalçı olub - YENİLƏNİB-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakının bəzi hissəsində internet kəsildi
-
Azərbaycan BMT-də enerji səmərəliliyi sahəsində ciddi çağırışların qaldığını vurğulayıb
-
Həzi Aslanovda hazır mənzil almaq istəyənlər üçün hansı imkanlar var? ƏTRAFLI
-
Venesuela BCM-dən çıxma prosesini rəsmən başladıb
-
Türkiyədə saxlanılan bələdiyyə sədri vəzifədən uzaqlaşdırılıb
-
Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib













