Dünya çempionatı: Ömər Salmanov bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB-2
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda görüş çıxacaq.
"Far.Az"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda Rusiya təmsilçisi Sultan Yusupova uduzaraq (1:3) finala yüksələ bilməyib.
Bununla belə, idmançı sabah bürünc medal uğrunda qarşılaşmaya çıxacaq.
Xatırladaq ki, Ö.Salmanov 1/8 finalda Avinaş Çetakeyə (Hindistan), 1/4 finalda isə Ali Mortaza Esmaeiliyə (İran) qalib gəlib.
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ikinci görüşündə də qələbə qazanıb.
"Far.Az"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda iranlı Ali Mortaza Esmaeilini 6:1 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.
Ö.Salmanov 1/8 finalda hindistanlı Avinaş Çetakeni də eyni hesabla üstələmişdi.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə qələbə qazanıb.
"Far.Az"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda hindistanlı Avinaş Çetakeni 6:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.
Oxşar xəbərlər
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Dünya çempionatı: Ömər Salmanov yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB
"UFC Fight Night Baku": Gecənin ikinci əsas döyüşündə Maqomedov Pereyranı məğlub edib - YENİLƏNİB-4
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib













