Azərbaycanda neft-qaz sektoru üzrə büdcə daxilolmaları 14 % azalıb
Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektoru üzrə daxilolmalar 8 milyard 198,2 milyon manat təşkil edib, bu da proqnozdan 0,3 % çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 13,9 % azdır.
"Far.Az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Hesabat dövründə neft-qaz sektorunun büdcə daxilolmalarındakı payı 42,7 % olub.
I yarımildə neft-qaz sektorundan daxilolmaların 21,7 %-i və yaxud 1 milyard 778,2 milyon manatı vergi orqanlarının xətti ilə, 78,3 %-i və yaxud 6 milyard 420 milyon manatı isə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin payına düşüb.
Vergi orqanlarının xətti ilə daxil olmuş vəsaitlərinin 47,4 %-i və yaxud 843,5 milyon manatı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi vergilər, 41,1 %-i və yaxud 730,4 milyon manatı "Şahdəniz" yatağı üzrə mənfəət vergisi, 11,5 %-i və yaxud 204,3 milyon manatı isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin mənfəət vergisinin hesabına formalaşıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
"Şahdəniz" yatağından ilk qazın əldə edilməsindən 30 il ötür
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
Media nümayəndələri üçün növbəti "Sosial Jurnalistika" təlimi təşkil edilib
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib













