Dünya çempionatı: Ömər Salmanov yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Dünya çempionatı: Ömər Salmanov yarımfinala vəsiqə qazanıb - YENİLƏNİB


Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ikinci görüşündə də qələbə qazanıb.

"Far.Az"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda iranlı Ali Mortaza Esmaeilini 6:1 hesabı ilə məğlub edərək adını yarımfinala yazdırıb.

Ö.Salmanov 1/8 finalda hindistanlı Avinaş Çetakeni də eyni hesabla üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə qələbə qazanıb.

"Far.Az"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda hindistanlı Avinaş Çetakeni 6:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Oxşar xəbərlər

Qurban Məcnunov Bakıda keçirilən dünya çempionatındakı ikinci görüşündə məğlub olub - YENİLƏNİB-2
"Şahdağ"da "Azerbaijan Open" beynəlxalq dağ xizəyi turniri: 11 ölkədən 20 idmançı mübarizə aparır
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər