Azərbaycanda torpaqların konsolidasiyası üçün Türkiyə təcrübəsindən istifadə olunacaq
Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihələrin icrasında Türkiyənin bu sahədə formalaşmış təcrübəsinin öyrənilməsi və tətbiqi nəzərdə tutulur.
"Far.Az" xəbər verir ki, bununla bağlı müzakirələr kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Dövlət Su İşləri İdarəsinin Baş direktorunun müavini Faruk Fıratoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə baş tutub.
Ekspertlərin Azərbaycanda torpaqların konsolidasiyası üzrə pilot layihələrin həyata keçiriləcəyi Qəbələ və Salyan rayonlarına səfəri, aparılan qiymətləndirmələrin nəticələri və ilkin təəssüratlar müzakirə olunub. Müzakirələr zamanı pilot ərazilərin mövcud vəziyyəti, konsolidasiya imkanları və layihələrin uğurla icrası üçün zəruri texniki və institusional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər torpaqların konsolidasiyası sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, bilik və təcrübə mübadiləsinin davam etdirilməsi, müvafiq istiqamətdə birgə fəaliyyətin gücləndirilməsinin hər iki ölkənin aqrar sektorunun inkişafına töhfə verəcəyini vurğulayıblar.
M. Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nın aqrar sektorun inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Dövlət Proqramında torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin olunması əsas prioritetlər kimi müəyyənləşib. Bu istiqamətdə proqramda torpaqların konsolidasiyası mexanizminin yaradılması və pilot layihələrin həyata keçirilməsi də nəzərdə tutulub.
Görüşdə Dövlət Proqramı çərçivəsində həyata keçirilməsi planlaşdırılan pilot layihələr, torpaqların konsolidasiyası mexanizminin tətbiqi ilə bağlı hüquqi, institusional və texniki məsələlər, aidiyyəti dövlət qurumları arasında fəaliyyətin əlaqələndirilməsi, eləcə də gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Azərbaycan torpaqların konsolidasiyasına dair Türkiyə təcrübəsini öyrənir
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Al Jazeera": İran Kiyevə PUA və raketlə hücum edə bilər
-
Tbilisidə etiraz aksiyası zamanı 10 nəfər saxlanılıb
-
Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq
-
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
-
Əraqçi Ukraynanı İranın ticarət gəmisinə hücumda ittiham etdi
-
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı













