Serbiyanın NIS şirkəti ABŞ-dan lisenziyanın uzadılması ilə bağlı qərarı gözləyir
Far.Az xəbər saytı

Serbiyanın NIS şirkəti ABŞ-dan lisenziyanın uzadılması ilə bağlı qərarı gözləyir


Serbiyanın neft şirkəti NIS ("Serbiya Neft Sənayesi") iyulun 31-dən sonra da əməliyyat fəaliyyətini davam etdirməyə imkan verən lisenziyanın müddətinin uzadılması üçün ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) müraciət edib.

Bu barədə "Report" Serbiya Radio və Televiziyasına istinadən xəbər verir.

Qeyd edək ki, NIS 2025-ci ilin yanvarında ABŞ-ın sanksiyalarına məruz qalıb. Həmin vaxt ABŞ Maliyyə Nazirliyi şirkəti əsas səhmdarı olan "Qazprom Neft" ilə birlikdə sanksiyalar siyahısına daxil edib. Bir neçə dəfə təxirə salındıqdan sonra məhdudiyyətlər 2025-ci il oktyabrın 9-da qüvvəyə minib.

2025-ci il noyabrın 11-də Serbiyanın Energetika Nazirliyi bildirib ki, NIS şirkətinin rusiyalı sahibləri şirkət üzərində nəzarəti üçüncü tərəfə ötürməyə hazır olduqları barədə ABŞ tərəfini məlumatlandırıblar.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi daha əvvəl NIS şirkətinin əməliyyat lisenziyasının müddətini iyulun 31-dək uzadıb. Eyni zamanda, bu tarix Macarıstanın MOL konserninin şirkətdəki Rusiya payını satın alması ilə bağlı danışıqların başa çatdırılması üçün yeni son tarix kimi müəyyən edilib.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər